Səudiyyə şahzadəsi porno sifariş verdi və pulunu ödəmədi

OXUNUB: 672 DÜNYA

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü Səud Əl Feysəl fransiz şirkətinə eksklüziv pornofilmlərin çəkilişinə görə 90 min avro pul borcludur.

Bu barədə İcmal.Az "The Local”a istinadən xəbər verir.

Nəşriyyat yazır ki, kral ailəsinin üzvü, 40 il ərzində ölkənin daxili işlər naziri olmuş və 2015-ci ildə vəfat etmiş Əl Feysəl "SARL Atyla” şirkətinə orijinal ssenari ilə böyüklər üçün film sifariş edib. Lakin xidmət pulunu ödəməyib.

Süjetə əsasən, mərakeşli qız Səudiyyə şahzadəsi rolunu oynayan porno aktyorla sevişir.

Şirkət videonu hələlik məhkəməyə təqdim etməyib, lakin şirkətin nümayəndəsi bəyan edib ki, əgər tələblərə cavab verilməsə, videoyazılar yayımlanacaq.

"SARL Atyla” Əl Feysəlin əmlakının idarə edilməsilə məşğul olan fransız şirkətini məhkəməyə verib.

Eyni vaxtda "SARL Atyla” şahzadənin nümayəndəsi ilə onun zövqünü və ssenarinin detallarını müzakirə etdiyi elektron yazışmanı təqdim edib.

Birbaşa sifarişçinin adının çəkilməməsinə baxmayaraq, iddiaçıların sözlərinə görə, sifarişçi məhz Əl Feysəldir.

İcmal.Az

RƏYLƏR