"Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Sevda Gülbaba qızı Əliyeva mərkəzin baş psixoloqo kimi fəaliyyət göstərəcək.
Psixoloq donorlarla danışaraq onların qan verməyə nə üçün qərar verdiklərini, bu qərarın arxasında duran şəxsi və sosial motivasiyaları araşdıra bilər. Bəzi donorlar iynə qorxusu, huşunu itirmə ehtimalı və ya ilk dəfə qan vermə təcrübəsi səbəbilə narahatlıq yaşayırlar. Psixoloq bu insanlarla söhbət edərək onların narahatlıqlarını azalda, relaksasiya texnikaları və ya müsbət düşüncə strategiyaları təklif edə bilər. Tədqiqatlar göstərir ki, təşəkkür və tanınma hissi donor davranışını müsbət istiqamətdə təsir edir.
AQDİM-nin mətbuat xidmətindən verilən məlumata əsasən, mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Eyni zamanda qan donorluğu, irsi qan xəstəliyi, həmçinin qohum evliliyinin yaratdığı fəsadlar haqqında gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.