Sevilən xalq artisti Könül Xasıyevanın ailəsindən üzücü xəbər gəldi

OXUNUB: 919 ŞOU-BİZNES
Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb. 

Xanəndə bu barədə "Show time” verilişində deyib. O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyəcək:

"Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqəli canlı efirə gələ bilmədim. Salamatçılıq olsun. Əsası odur. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona da qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub. Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Qrip mənə də keçib. Ona görə ikimiz də yataq rejimində müalicə götürmüşük”.
 

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. /axşam



İcmal.Az

RƏYLƏR