Seymur Orucov: "Onlar mitinq keçirməklə qrant almağa çalışırlar"

OXUNUB: 969 index-manşet SİYASƏT

Martın 10-da Milli Şura, AXCP və Müsavat Partiyası "Məhsul” stadionunda birgə mitinq keçirməyi planlaşdırıb. Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət olunub.

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verənYeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, qanunvercilikdə nəzərdə tutulmuş qaydada dövlət istər siyasi, istərsə də ictimai təşkilatlara mitinq və ya aksiya keçirməyə icazə verir və onların təhlükəsizliyini də tam şəkildə təmin edir: "Sadəcə olaraq məsələ ondan ibarətdir ki, bəzən özünü müxalif adlandıran qüvvələr dövlətin onlara yaratmış olduğu şəraitdən istifadə edərək hər zaman kimi öz dağıdıcı maraqlarını həyata keçirməyə çalışıblar. Bu təxribatların qarşısı hər dəfə alınıb, bu dəfə də alınacaq. Azərbaycan dövləti kiçicik qüvvələrin qarşısında aciz deyil”.

 

Seymur Orucovun sözlərinə görə, bu qüvvələr hər zaman aksiya və ya mitinq keçirmək üçün hökumətdən icazə alanda başqa adla alırlar: "Prosesin gedişi zaman görürsən ki, ortalığa başqa şüarlarla çıxırlar. İstər Milli Şura olsun, istər Müsavat Partiyası olsun, istərsə də digərləri olsun, onlar başa düşməlidirlər ki, xalqın onlara heç bir inamı, etibarı qalmayıb. Artıq bunların qeyri-hökumət təşkilatları qədər gücləri yoxdur. Onlar mitinq keçirməklə qrant almağa çalışırlar. Martın 10-da keçirilməsi planlaşdırılan mitinqin Azərbaycan dövlətinin siyasətinə heç bir təsiri olmayacaqdır, bu mitinqə insanlar belə getməyəcək. Bu şoudan başaq bir şey deyil”, - deyə o, bildirib.

 

BNEWS.az

RƏYLƏR