Müğənni Sibel Can "Yeni Aşkım" adlı albomunu təqdim etməyə hazırlaşır.
İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 11 parçadan ibarət 22-ci albom 14 iyunda işıq üzü görəcək.
Sibel Can yeni albomu üçün fotosessiya etdirib. 47 yaşlı ifaçının cəsur pozda çəkdirdiyi şəkillərini görənlər təəccüblərini gizlədə bilməyiblər.
İcmal.Az