Siçovullar xəstə qızı gəmirdi - FOTO

OXUNUB: 885 MARAQLI DÜNYA

Fransada 14 yaşlı qız siçovulların hücumuna məruz qalıb.

Hadisə Rubə şəhərində baş verib.

Ayaqları iflic olan 14 yaşlı Samanta evin birinci mərtəbəsində, yataq otağında idi. Səhər saatlarında Jerom qızının otağına girəndə Samantanı qan içində görüb.

"Samantanın qulaqlarından qan gəlirdi. Qorxdum ki, beyninə qan sızıb. Tez həkim çağırdım", - Jerom deyib.

Olay yerinə gəlmiş həkimlər Samantanın ayaqlarında və üzündə 200 kiçik yara aşkarlayıblar. Qızı siçovullar dişləmişdi.

 

Üstəlik, siçovullar Samantanın ayaq barmaqlarını da gəmirmişdilər.

Jerom kirayədə qaldığı evin sahibini məhkəməyə verib. Onun dediyinə görə, evin yanında dolub-daşa zibil qutuları təmizlənmədiyindən siçovulları cəlb edib./milli

Siçovullar xəstə qızı gəmirdi - FOTO

 Siçovullar xəstə qızı gəmirdi - FOTO

İcmal.Az

RƏYLƏR