Şimali Koreya nüvə silahından imtina etməyə hazırdır

OXUNUB: 691 DÜNYA

KXDR bəyan edib ki, ABŞ-la Koreya yarımadasının denuklerizasiyası barədə danışıqlara hazırdır.

İcmal.Az-ın xəbərinə görə, bu barədə "Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Denuklerizasiya məsələsini KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşü zamanı müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl KİV rəsmi Vaşinqton və Pxenyan arasında gizli danışıqların aparıldığı və iki ölkə lideri arasında görüşün planlaşdırıldığı barədə məlumat yayıb.

İcmal.Az

RƏYLƏR