Şimali Koreyada 81 min nəfər "donuz qripi"nə yoluxub, 4 nəfər ölüb

OXUNUB: 507 DÜNYA

 Şimali Koreyada "AH1N1” ("donuz qripi"də deyirlər) qrip virusu geniş miqyasda yayılıb.

Məlumatı Koreya Xalq Demokratik Respublikasının rəsmi qurumları yayıb.

Bildirilib ki, 2017-ci il dekabr ayının ortalarından 2018-ci il yanvarın 29-dək ölkədə 81 min nəfərin bu qripə yoluxması faktı qeydə alınıb. Qripə yoluxan 4 nəfər ölüb.

Şimali Koreyanın Səhiyyə Nazirliyi vəziyyətlə bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. /report

 

İcmal.Az

RƏYLƏR