Sındırıldıqdan sonra yenidən bərpa olunan şüşə yaradılıb

OXUNUB: 478 MARAQLI

Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən bərpa olunan şüşə yaradıblar.

İcmal.Az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Polimerlərdən yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşənin otaqda adi temperaturda birləşməsinə iki dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək lazımdır.

Alimlərin fikrincə, şüşənin yenidən bərpası bölünmüş polimer molekullarının əvvəlki halına qayıdan hidrogen birləşmələrinin effekti sayəsində baş verir.

Tokio Universitetinin professoru Yusuke Yanaqisavanın sözlərinə görə, belə xüsusiyyətlərə malik şüşələr ekologiya üçün daha zərərsizdir.

İcmal.Az

RƏYLƏR