Sığorta şirkəti “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib

OXUNUB: 891 İQTİSADİYYAT

Sığorta şirkəti "Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib

"Bakı Sığorta” ASC "Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC MMC-dən ümumilikdə 2154 manat sığorta ödənişi məbləğinin tutulmasını istəyib.

İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, 26.08.2015-ci il tarixində Bakı şəhəri Tiblisi prospektində, "Xaliq Faiqoğlu” MMC-nin mülkiyyətində olan "Daewoo BS 090” markalı, 10-TG-344 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Asəf Tağıyev yol-nəqliyyat hadisəsi törədib. Nəticədə "Bakı Sığorta” ASC-də sığortalanmış "Honda Accord” markalı, 50-CH-233 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyib.

Hüquq-mühafizə orqanları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, A.Tağıyev yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs olaraq müəyyən edilib.

Bu hadisə ilə bağlı "Bakı Sığorta”ASC tərəfindən "Honda Accord” markalı avtomobilə dəymiş zərərlə əlaqədar müvafıq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2117 manat sığorta ödənişi həyata keçirilib. Sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı ödədiyi 2117 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olub.

Məhkəmə iddianı qismən təmin edib. Qərarda göstərilib ki, "Xaliq Faiqoğlu” MMC-dən sığorta ödənişinin əvəzi kimi ümumilikdə 1058 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "Bakı Sığorta” ASC-yə ödənilsin.

RƏYLƏR