Sobçakın prezidentliyə namizədliyi qeydə alındı

OXUNUB: 511 DÜNYA

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) televiziya aparıcısı Kseniya Sobçakın prezidentliyə namizədliyini qeydə alıb.

Bu haqda MSK-nın qərarında deyilir.

Sobçaka seçki fondunun yaradılması üçün xüsusi bank hesabını açmağa icazə verilib. Qeyd edək ki, televiziya aparıcısının namizədliyi "Vətəndaş təşəbbüsü” Partiyası tərəfindən irəli sürülmüşdü.

MSK daha əvvəl Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin namizədliyini qeydə alıb. Hazırkı prezident Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. MSK müxalifət lideri Aleksey Navalnının namizədliyini qeydə almaqdan imtina edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək./publika

İcmal.Az

RƏYLƏR