“SOCAR"da vəziyyət gərginləşir: 16 MİLYON MƏNİMSƏYƏN DİREKTOR HƏBS EDİLDİ

OXUNUB: 827 İQTİSADİYYAT

"SOCAR-AQŞ”​ MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib. Xəbərə görə, Ramin İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. O, 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə "SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Xatırladaq ki, "SOCAR AQŞ” MMC 2007-ci ildə yaradılıb. MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur./qafqazinfo

RƏYLƏR