Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlıAyşən Mirzəyevadünyasını dəyişib.
İCMAL.az xəbər verir ki, bu barədə medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib.
"Əməliyyatı aparan invaziv radioloqİlqar Hüseynovda qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə”.
Məsələ ilə bağlı İ. Hüseynovdan açıqlama almağa çalışılsa da, telefon zənglərinə cavab verməyob..
13.25
Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb.
Qaynarinfomedicina.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 30-da qeydə alınıb. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlüAyşən Mirzəyevayaanju olunub. Xəstəxanada çalışan invaziv radioloqİlqar Hüseynovqızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər.
A.Mirzəyevanın atasıƏlimusa Mirzəyevməsələ ilə bağlı bildirib ki, xəstəxana heyəti qızın komaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar”.
Ə. Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!”