SON DƏQİQƏ: Adnanın xəyanətinin acı nəticəsi üzə çıxdı - Almaniya AÇIQLADI

OXUNUB: 41 İQTİSADİYYAT
Qazaxıstan Avropaya neft nəqli üçün Azərbaycana yaxınlaşmışdı. Adnan Əhmədzadənin xəyanətkar addımı ilə qardaş ölkəni özümüzdən uzaqlaşdırdıq. Qazaxıstan yenidən Rusiyaya meyilləndi.
 
Bu sözləri politoloq Heydər Oğuz qeyd edib.
 
O bildirib ki, Almaniyanın DW nəşrinin məlumatına görə, 2026-cı ildə Qazaxıstanın Almaniyaya neft ixracı ayda 130 min tona yüksələcək:
 
"KazMunayQaz” və "Rosneft Deutschland” arasında müvafiq saziş imzalanıb. Təchizat Rusiyadan keçən "Drujba” kəməri ilə həyata keçiriləcək. Qazaxıstanın "KazMunayQaz” (KMG) və Almaniyanın "Rosneft Deutschland GmbH” şirkətləri Almaniyaya mövcud neft tədarükü müqaviləsini 2026-cı ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Yenilənmiş şərtlərə əsasən, aylıq tədarük 100 min tondan 130 min tonadək artacaq.
 
Nəşr qeyd edib ki, bu iddialar oktyabrın 7-də KMG-nin dərc etdiyi press-relizdə yer alıb”.
 
Qeyd edək ki, Azərbaycan neftində xlorid aşkarlandığı haqda məlumatlardan sonra (iyulun 3-cü ongünlüyündə) Qazaxıstan BTC ilə neft nəqlini dayandırmışdı. Yalnız Adnan Əhmədzadənin həbsindən 2 gün əvvəl (17 sentyabrda) Qazaxıstanın BTC ilə neft nəqlini bərpa etdiyi haqda məlumat yayıldı. Ancaq Qazaxıstanın BTC ilə neft nəqlinin neçə faizini bərpa etməsi açıqlanmayıb. /Axar.az

RƏYLƏR