Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.
İcmal.Az-ın report-a istinadən məlumatına görə, Bəleton kəndində qeydə alınan qəza zamanı sürücü - Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb. Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü Travmatologiya şöbəsinə, bir qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
****
Lənkəranda sərnişin daşıyan avtobusun aşması nəticəsində bir nəfər ölüb, 10-dan çox sərnişin xəsarət alıb.
İcmal.Az apa-ya istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bəliton kəndində baş verib. İlkin məlumata əsasən, sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. Yaralılar təcili tibbi yardım və kənd sakinlərinin maşınlarının köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisə nəticəsində sürücünün vəfat etdiyi bildirilir. Yaralananların sayının isə 10 nəfərdən çox olduğu güman edilir.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az
























