7NEWS.az xəbər verir ki, yerli vaxtla səhər saat 08:30-da ABŞ-ın Nyu-York şəhərində metro stansiyasına silahlı hücum olub. Polis qüvvələri Bruklin metrosunda baş verən insidentdə 28 nəfərin yaralandığını, onlardan 10-nun silahla vurulduğunu, 5-nin vəziyyətinin ağır olduğunu açıqlayıb. Hücumdan sonra sosial mediada paylaşılan görüntülərdə insanların qan içində olduğu görülüb.
7NEWS.az