SON DƏQİQƏ: Qubadlıda 29 yaşlı gənc minaya düşdü - RƏSMİ

OXUNUB: 362 HADİSƏ
7NEWS.az xəbər verir ki, Qubadlı rayon prokurorluğunun Məlumatı Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir. 
Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR