Sosial təminat və müdafiə üzrə büdcə təsdiqləndi

OXUNUB: 932 SOSİAL

Azərbaycan Prezidenti İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 904-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun adında, 1-ci maddəsində, 2-ci maddəsinin birinci abzasında və 3-cü hissəsində, 3-cü maddəsinin birinci abzasında və 4-cü hissəsində, 4-cü və 5-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2018-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2018-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

Müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin gəlirləri 3 578 760 000,0 manat, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2018-ci ildə müvafiq icra hakimiyyəti orqanının gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

1.

Məcburi dövlət sosial sığorta haqları, cəmi

o cümlədən:

2 273 260 000,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

738 100 000,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər

üzrə

100 600 000,0

1.3.

büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar

26 300 000,0

1.4.

digər sığortaedənlər

o cümlədən:

1 408 260 000,0

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

üzrə

60 000 000,0

2.

Sair gəlirlər, cəmi

o cümlədən:

5 500 000,0

Sanatoriya-kurort yollayışlarının qismən dəyəri

üzrə daxilolmalar

1 800 000,0

3.

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait

1 300 000 000,0

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

1.

Əhaliyə ödənişlər üzrə xərclər

3 495 100 000,0

1.1.

əmək pensiyalarının ödənilməsi xərcləri

3 407 000 000,0

1.2.

məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri

88 100 000,0

1.2.1.

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

23 300 000,0

1.2.2.

hamiləliyə və doğuşa görə

28 500 000,0

1.2.3.

uşağın anadan olmasına görə

7 200 000,0

1.2.4.

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

13 400 000,0

1.2.5.

dəfn üçün

15 700 000,0

2.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər

20 000 000,0

2.1.

sanatoriya-kurort müalicəsi və istirahət üçün

yollayışların alınmasına

15 530 000,0

2.2.

sığortaolunanların uşaqlarının sağlamlıq

düşərgələrində istirahətinin təşkilinə

340 000,0

2.3.

sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb

xidməti və ştatların saxlanılmasına

210 000,0

2.4.

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının idman cəmiyyətlərinə məxsus

idman qurğularının qismən saxlanılmasına

(işçilərin əməkhaqqının ödənilməsi)

2 600 000,0

2.5.

Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi

müfəttişliyinin, etimadlı həkimlərin,

sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların

saxlanılmasına

1 320 000,0

3.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri

20 500 000,0

4.

Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

41 500 000,0

5.

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri

60 000,0

5.1.

Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

30 000,0

5.2.

Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

30 000,0

6.

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri

1 600 000,0

Maddə 4. Qalıqlardan istifadə

Müvafiq icra hakimiyyəti orqanının aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər müvafiq icra hakimiyyəti orqanının yerli orqanlarının xəzinə hesablarına tam məbləğdə daxil olmadıqda, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.

Maddə 6. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

İcmal.Az

RƏYLƏR