“Suat Paşayev işinin başındadır”

OXUNUB: 2918 Texnologiya

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom” MMC-nin baş direktoru Suat Paşayevin vəzifəsindən azad olunması ilə bağlı məlumatlar yayılıb.

"Qafqazinfo” məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova ilə əlaqə saxlayıb. 

O, yayılan məlumatın doğru olmadığını bildirib: "Bu barədə yayılan məlumat həqiqətə uyğun deyil, Suat Paşayev işinin başındadır”. 

Xatırladaq ki, yayılan xəbərdə sözügedən vəzifəyə "Azevrotel” MMC-nin sabiq direktoru Cabit Rəsulovun təyin edildiyi bildirilirdi.

RƏYLƏR