Sumqayıt icra başçısından Ceyhun Məmmədova yüksək etimat - TƏYİNAT

OXUNUB: 57 SOSİAL
Sumqayıt şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.

Xeberle.com-un məlumatına görə, Araz Bayram oğlu Fərhadov Sumqayıt şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri təyin olunub. Əvvəlki sektor müdiri Natiq Dadaşov başqa vəzifəyə təyin olunduğundan rəhbər vəzifəsi boş qalmışdı.

Araz Fərhadov bu təyinatadək Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi işləyib.

Digər bir təyinat isə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsinə olub.

Belə ki, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məmmədov Ceyhun Vəli oğlu 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi təyin olunub.

RƏYLƏR