Sumqayıtda 15 günlük körpənin üzərinə qaynar su dağılıb

OXUNUB: 841 HADİSƏ

Sumqayıt şəhərində 15 günlük uşaq qaynar sudan yanıb.

 2018-ci il təvəllüdlü yerli sakin Əliyev Əli Hətəmxan oğlu yaşadığı İnşaatçılar qəsəbəsi, ev 3/36 mənzil 9 ünvanında nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Azyaşlı 15 gün bundan öncə dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR