Sumqayıtda avtomobil qadını vurdu

OXUNUB: 851 SOSİAL

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, dekabrın 18-də saat 6:00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində şəhər sakini Elnur Alızadə idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Solmaz Şirinovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR