Sumqayıtda şəhid ailələrinə baş çəkilib - FOTOLAR

OXUNUB: 863 SOSİAL
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə İyirminci yardım aksiyası olaraq Sumqayıt şəhərini əhatə edən bütün Şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verdik. Şəhid ailələri ilə görüşlərə qatılmış nümayəndə heyəti Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının l müavini Teymur Səmədovla bir araya gəlmiş, layihənin məqsədi, məramı barədə fikir mübadiləsi aparılmışdır.  Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcova və 42 saylı Sumqayıt II  Seçki Dairəsindən Milli Məclisin deputatı Tahir Mirkişiliyə xüsusi təşəkkürümüzü bildiririk.



RƏYLƏR