Sumqayıtda yüklə dolu "KamAZ" aşıb - FOTO

OXUNUB: 1229 HADİSƏ

Sumqayıt şəhərində mişar daşı ilə yüklü olan "KamAZ" aşıb.

Hadisə Yaşıldərə yaşayış massivində baş verib.

Belə ki, normadan artıq mişar daşı ilə yüklənən 30-BE-629 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarına aşıb. 

Hadisə zamanı sürücü xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az


RƏYLƏR