Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidin yaşadığı ünvanda xatirəsinin əbədiləşdirilməsi üçün abidə bulaq kompleksi inşa edilmişdir.
Şəhid ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirmiş ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.
Vətən müharibəsi minlərlə qəhrəman övladlar kimi Mixail Həmidovun da torpaq təəssübkeşliyini, bayraq, millət sevgisini düşmənə nifrət hissini daha da alovlandırmışdı. Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenantı Mixal Həmidov işğal altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsinə öz istəyi ilə yollanaraq qanı ilə adını Azərbaycanın şanlı hərb tarixinə yazdı. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayan Mixail Füzuli döyüşləri zamanı şəhidlik zirvəsini fəth etdi.
Qeyd edək ki, Mixail Həmidov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Suraxanı rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət olunur - FOTOLAR
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“İşığa doğru” filminin təqdimatı oldu
12.10.2025, 12:08 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
Polad Mehdiyev: "Bakı artıq Cənubi Qafqazın əsas enerji və nəqliyyat qovşağı kimi tanınır"
07.10.2025, 14:55 / GÜNDƏM, Özəl, SİYASƏT -
“Dəniz” Hospitalından şikayət: Dolğu əvəzində “vazelin” vurulub, pasiyentin ayağı çür*yür…
05.10.2025, 20:20 / GÜNDƏM, Özəl -
Rektor Yaqub Piriyev 850 minlik xərc edir
05.10.2025, 20:18 / GÜNDƏM, Özəl -
"Aytamart" supermarket Sumqayıtda 1 yaşını qeyd edir: ENDİRİMLƏR, ƏYLƏNCƏLƏR, KAMPANİYALAR
01.10.2025, 10:47 / GÜNDƏM, Özəl -
“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib
29.09.2025, 21:36 / GÜNDƏM, Özəl -
İcra başçısı Elgin Həbibullayev eyni ərazini iki şirkətə satıb - FOTOFAKT
23.09.2025, 16:49 / GÜNDƏM, Özəl
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
GÜNDƏM, Özəl İcra başçısı Elgin Həbibullayev eyni ərazini iki şirkətə satıb - FOTOFAKT
-
Özəl, index-manşet, SOSİAL Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz