Suraxanıda həyat dəyişir: Rayonunda yolların, məhəllədaxili küçələr əsaslı şəkildə yenidən qurulur

OXUNUB: 925 İQTİSADİYYAT

Suraxanı rayonunda nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə yenidən qurulması davam etdirilir.
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq ayrılmış 7,8 milyon manat vəsait hesabına Agentliyin podratçı təşkilatları tərəfindən sözügedən qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış və bu işlər hazırda da davam etdirilir. Bu günədək qəsəbənin 14 iyul küçəsinin dəmiryol keçidindən sonrakı ərazidə, Aşağı qəsəbə, Yuxarı mədən, Mirqəzəb Tağıyev, Telman Nərimanov, Göl və Köndələn küçələrində ümumilikdə 205 000 kv.m-dən artıq avtomobil yolu əsaslı təmir olunmuşdur. Hazırda 14 İyul küçəsinin uzunluğu 1 090,0 metr olan 4-cü döngəsində 6 540 kv.m asfalt örtüyünün salınması işləri həyata keçirilir.
Sakinlər rayonda, eləcə də qəsəbədə aparılan genişmiqyaslı abadlıq işləri ilə əlaqədar ölkə başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.

 

RƏYLƏR