ABŞ-ın "CNN” telekanalı Deyr-əz-Zor şəhərində Suriya hərbi birləşmələrinə və bəzi iddialara görə, "Vaqner” özəl hərbi şirkətinə aid dəstələrə endirilən aviazərbələrin görüntüsünü yayıb.
İcmal.Az xəbər verir ki, kadrlarda hərbi aviasiyanın əvvəl T-72 tankını məhv etdiyini, daha sonra isə yaxınlıqda olan artilleriya silahlarına zərbə endirdiyini görmək olur.
ABŞ hərbçilərinin bəyanatına görə, hava zərbələri "özünümüdafiə” məqsədilə endirilib.
Məhv edilən obyektlərin hər hansı təhlükə yaradıb-yaratmadığı bəlli deyil.
Jurnalistin dediyinə görə, Suriya Demokratik Qüvvələrinin mövqeləri 500 suriyalı hərbçinin hücumuna məruz qalıb. ABŞ hava qüvvələri hücuma keçən yüzlərlə hərbçini məhv edib, qalanları geri çəkilməli olub.
İcmal.Az