Suriyada döyüşlər zamanı ordu generalı həlak olub

OXUNUB: 598 DÜNYA

Suriya ordusu çərşənbə günü Deyr-əz-Zorun əyalət mərkəzinin ətrafında yerləşən Məyadin rayonunda İŞİD terrorçularının hücumunu dəf edib.

Bu barədə "Shaam Times" portalı məlumat yayıb.

İŞİD yaraqlıları Suriya səhrasında Məzar Ayn-Ali və Əl-Kuriyə vahələrində itirdikləri mövqeləri geri almağa cəhd göstəriblər. Terrorçulara qarşı həyata keçirilən əməliyyat zamanı 67-ci zirehli tank briqadasının qərargah rəisi general Xəlil Məhfuz həlak olub./report

 

İcmal.Az

RƏYLƏR