Sürücülərin diqqətinə: Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır – YENİLƏNİB

OXUNUB: 810 SOSİAL

Bu gündən Bakıda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-dən İcmal.Az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar pr-ti - C.Cabbarlı küç. arası) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

Sözügedən keçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

"Azəravtoyol” vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir.

 

11:16

Bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

İcmal.Az-ın "Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

İcmal.Az

 

RƏYLƏR