“Söyüş müxalifəti”nin Azərbaycana ekstradisiyası artıq an məsələsidir...” - DEPUTAT

OXUNUB: 46 Özəl SİYASƏT
"Söyüş müxalifəti”nin qəfil fəallaşması və yenə də dövlət adamlarını hədəfə alması sizcə təsadüfdürmü? Düşünmürəm. Çünki, müdiada onların ekstradisiyası ilə bağlı səslənən fikirlər və bunun tam reallıq kimi görünməsi ondan xəbər verir ki, məlum canişinlərin ölkəyə qayıtması, daha dəqiq desəm: qaytarılması artıq an məsələsidir və böyük ehtimal, çox yaxınlarda hər birimiz həmin hadisənin şahidi olacayıq.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Gah veriliş hazırlayırlar, gah klip çəkdirirlər, gah böhtan atırlar, gah lağlağı edirlər. Əlqərəz, həyatlarında, fəaliyyətlərində bir dənə ciddi hadisə yoxdur!
Tural Sadıqlı qoşulub, Amerikadakı bacısına, bacısı da iftira makinasına. Ağıllarına, ağızlarına nə gəldi danışırlar. Üstəlik, "müdrik” görkəm alaraq!
Ayrıca, diqqət edin: Çox narahatdırlar. Ciddi panika içindədirlər. Hər kəlmələrində sanki titrəmə var. Eynən, "Hürriyyət”in baş yazarının həbsindən sonra bir sıra yalançı, böhtançı, ta nə bilim FETÖ-çu media qurumlarının – təbii, əgər onlara media qurumu demək mümkünsə - simasında, səsində və diksiyasında sezdiyimiz titrəmə kimi.  
Amma, qorxunun əcələ faydası varmı?! - Yox, əlbət!
Ona görə də ha 1 gün tez, ha 1 gün gec, hamısı gələcək. Gələcək və qanun qarşısında cavab verəcək. Mütləq şəkildə!
Və bir daha, xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Həmin prosesin yaxınlaşdığını görmək və hiss eləmək üçün xüsusi istedada, proqnoz qabiliyyətinə sahib olmağa ehtiyac yoxdur. Hadisələrin axını, axarı və gedişat – özü deyir bunu. 
Eyni zamanda çox arzulayıram ki, məlum proses, bir tək xaricdəki deyil, həm də daxildəki ünsürlərin, fürsətcillərin, böhtançıların ifşası ilə tamamlansın." – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR