"Tacirin atasının 4 arvadı olub" müğənninin əmisi oğlu SİRRLƏRİ AÇDI

OXUNUB: 909 ŞOU-BİZNES
Tanınmış müğənni Tacir Şahmalıoğlu ilə həmkarı Fədayə Laçının sevgili olması xəbəri hələ də ciddi müzakirə olunur. 

İcmal.Az xəbər verir ki, hər iki müğənni arasında olan münasibətlərdən median.az-a danışan sənətçi Tacir Şahmalıoğlunun əmisi oğlu şair Kənan Qurbanoğlu bəzi məqamlara da aydınlıq gətirib. O qeyd edib ki, Tacirin hərəkətində qəribə heç nə yoxdur, Tacirin atasının da 4 arvadı olub:

"Mənim bu söz-söhbətdən xəbərim var. Mən inanmıram ki, Tacir Fədayə xanımı alçaltmaq üçün bu xəbəri deyib (Tacir Şahmalıoğlu mediaya –"Fədayə mənimlə bir yerdə olanda qız deyildi ” açıqlamasını verib). Tacir onun böyüyən övladını nəzərə alaraq belə söyləyir. Mən Tacirin ürəyinə bələdəm. Baxmayaraq ki, mənim onunla 5 ildir ki münasibətim yoxdur, amma bu iki insan sevgili olublar ki ,bu məsələ ortaya çıxıb. Mən belə başa düşürəm. İndi madam ki Fədayə xanım bunu etiraf edir, Tacir də açıqlama versin ki, bu məsələ doğrudur. Eləmişəm, yaxşı eləmişəm. Cavan olmuşam, cavanlığımı etmişəm. Onu bundan sonra nə oğlu, nə də qızı atmaz. Tacirin atasının da 4 arvadı olub. O da musiqiçi idi. Bunu bütün Ağdam camaatı bilir”. 

Bütün bunlardan sonra K.Qurbanoğlu əlavə olaraq bunları deyib:

"Gərək Fədayə Laçın bu məsələni Tacirə zəng edib, öz aralarında həll edərdi. İctimailəşdirmək lazım deyildi. Mən sadəcə T.Şahmalıoğlunun qohumu olaraq bu münaqişəyə münasibət bildirdim. Amma Tacir də elə bilməsin ki, mən elə işimi-gücümü atıb düşmüşəm onun ardınca. Onun həyatda yaşayıb-yaşamamasının nə mənə xeyri var, nə də zərəri”.
 
 
İcmal.Az

RƏYLƏR