“TamStore”da bizə yedirilən qidalara baxın – VİDEO

OXUNUB: 18 İQTİSADİYYAT
İnstaqramın "Nə yeyib, nə içirik?” adlı səhifəsi "TamStore” supermarketlər şəbəkəsindəki rüsvayçı vəziyyəti ictimailəşdirib. Sözügedən səhifənin hazırladığı videodan məlum olub ki, "TamStore”da tərkibi, istehsal tarixi, istehsalçı şirkəti məlum olmayan kolbasalar, içi kiflənmiş, qaralmış, istifadəyə tam yararsız olan yağlar satılır.

Kiflənmiş yağlar təzə məhsul kimi rəflərə yığılaraq endirimlə satışa təqdim edilib. Videodan məlum olur ki, endirimə qoyulan "Atena” yağlarının heç də biri deyil, hamısı eyni vəziyyətdə – kiflənmiş, qaralmış formadadır. Buna baxmayaraq "TamStore” heç bir yoxlama, nəzarət aparmadan xarab yağları rəflərə düzüb.

"TamStore”da problem təkcə yağlarla bağlı deyil. Marketdə istehsal tarixi, istehsalçı şirkət, tərkibi məlum olmayan kolbasalar da açıq formada satılır. Sözügedən kolbasalar çox alınmadığı üçün onları digər kolbasalaraın yanında hədiyyə olaraq təqdim edirlər. Adətən metro çıxışlarında gizli formada satılan tərkibi hansı heyvanın ətindən olduğu məlum olmayan bu cür kolbasaları "TamStore” müştərilərə hədiyyə adı ilə satır.

Xatırladaq ki, "TamStore” supermarketlərinin sahibi olan "TamStore” MMC "Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb. "TamStore” MMC-nin qanuni təmsilçisi Ceyhun Yusubov Lətif oğludur.
"Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
"TamStore”un məhsul rəflərindəki rüsvayçılıqla bağlı videonu təqdim edirik:
 



 

RƏYLƏR