Tanınmış aktyor borcu olduğuna görə toy edə bilməyib

OXUNUB: 629 ŞOU-BİZNES
"Arka sokaklar”ın Mesudu Şevket Çoruhun özünə toy etməməsinin səbəbi bəlli olub. 
 
Ötən ilin dekabrında 2 illik sevgilisi Özge Tunayla nikah bağlayan aktyorun xeyli borcu olduğu üzə çıxıb. Belə ki, avtomobillərini və 2 mənzilini satıb üzərinə 7 milyon lirə qoyan Şevket "Baba Sahne” adlı teatr açıb. Bu səbəbdən Çoruh hələ də açdığı teatrın xərclərini ödəyə bilmir.

Özge sosial şəbəkədə "Mənə evlilik təklifi etməsən, səsim çıxdıqca qışqırıb, sonra küsüb gedərəm” yazdıqdan sonra aktyor ona "Toysuz ərə gələrsən?” cavabını vermişdi. Özge də bununla razılaşıb sadəcə nikaha razı olmuşdu./axşam
 
İcmal.Az

RƏYLƏR