Tanınmış ekspertdən “Kontakt Home”la bağlı SƏRT sözlər

OXUNUB: 1 İQTİSADİYYAT
Əmlak eksperti Ramil Osmanlı "Kontakt Home” mağazalar şəbəkəsinin müştəri xidməti ilə bağlı narazılığını ictimailəşdirib.

Ramil Osmanlı sosial şəbəkədə etdiyi paylaşımda mağazadan 4-5 min manatlıq məhsul alan müştəridən 10 qəpik üçün tələb irəli sürülməsini tənqid edib.

"”Kontakt Home”, adamlara imkan verin düz-əməlli sevinsinlər. 4-5 min manata məhsul satan ‘adam’ 10 qəpik davası güdməməlidir. Müştəriyə hörmət etmirsiniz, adınıza (brendinizə-brend demək olarsa) da etmirsiz bildik, heç olmasa müştəri xidmətində oturan əməkdaşlarınıza hörmət edin”, – deyə ekspert bildirib.

Osmanlı qeyd edib ki, söhbət supermarketdə şəkər tozu, təndir çörəyi və ya konfet satışından getmir və belə məbləğlərdə alış-veriş edən müştəri ilə 10 qəpiyə görə qarşıdurma yaranmasını düzgün hesab etmir.

"Əməkdaşınızı niyə 10 qəpiyə görə müştəri ilə üzbəüz qoyursunuz?” – deyə o sual edib.
 
 
"Komtakt Home”un məsələyə mövqeyini dərc etməyə hazırıq.

https://tribuna.az/public/uploads/2026/10/tia_b2bdd6138986b67b8e84e22fa76bd046_p35besxathl9w087jfyg-272x300.jpg 272w, https://tribuna.az/public/uploads/2026/10/tia_b2bdd6138986b67b8e84e22fa76bd046_p35besxathl9w087jfyg-929x1024.jpg 929w, https://tribuna.az/public/uploads/2026/10/tia_b2bdd6138986b67b8e84e22fa76bd046_p35besxathl9w087jfyg-768x846.jpg 768w, https://tribuna.az/public/uploads/2026/10/tia_b2bdd6138986b67b8e84e22fa76bd046_p35besxathl9w087jfyg-22x24.jpg 22w, https://tribuna.az/public/uploads/2026/10/tia_b2bdd6138986b67b8e84e22fa76bd046_p35besxathl9w087jfyg-33x36.jpg 33w, https://tribuna.az/public/uploads/2026/10/tia_b2bdd6138986b67b8e84e22fa76bd046_p35besxathl9w087jfyg-44x48.jpg 44w" sizes="(max-width: 1080px) 100vw, 1080px" style="border-width: 0px; box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 5px auto;" />



RƏYLƏR