Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

OXUNUB: 973 HADİSƏ
"Medistyle" (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəməyə şikayət edilib. 

Tanınmış anestezioloq-reanimatoloq Hacı-Həsənli Zəfər İsmayıl oğlu "MediStyle Hospital"dan əmək haqqını ala bilmədiyi üçün Nərimanov Rayon Məhkəməsində "Əmək haqqı tələbi" üzrə iddia qaldırıb. 

İşə hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılacaq. 
Zəfər Hacı-Həsənli 

Qeyd edək ki, Zəfər Hacı-Həsənli 2010-2014 illər Mərkəzi Gömrük Hospitalında, 2014-ci ildən isə "MediStyle Hospital"da anestezioloq-reanimatoloq işləyib. 

Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "MediStyle Hospital"a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda "MediStyle" MMC-nin qanuni təmsilçisi klinikada  uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur. 

Aydın
 

RƏYLƏR