Tbilisi metrosunda tavan çökdü: Yaralılar var – YENİLƏNİB

OXUNUB: 513 DÜNYA

Tbilisinin "Varketili” metrostansiyasında  platforma üzərindəki asma tavanın bir hissəsi sərnişinlərin üzərinə uçub.

Bu barədə "Rustavi 2” telekanalı məlumat yayıb.

İnsident yanvarın 30-da, səhər saatlarında baş verib. "Rustavi 2” telekanalı yeddi nəfərin xəsarət aldığını, "Sputnik” (Gürcüstan) isə yaralı sayının 11 olduğunu bildirir.  

Hadisə yerinə şəhərin meri Kaxa Kaladze gəlib. Kaladze bütün günahkarların tapılaraq cəzalandırılacağını vəd edib. Günün sonuna kimi "Varketili” stansiyasının bağlı qalacağı bildirilir. Stansiyada hazırda araşdırma aparılır.

Qeyd edək ki, qəzanın baş verdiyi stansiyada təmir işləri 2017-ci ilin avqust ayında yekunlaşıb.  Asma tavanın məhz həmin vaxt inşa edildiyi bildirilir. 

11:47

Gürcüstanın paytaxtı Tbilisidə "Varketili” metrostansiyasında asma tavanın bir hissəsinin uçması nəticəsində yeddi nəfər yaralanıb.

 Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəolunması Agentliyi bəyanat yayıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Hal-hazırda zərərçəkənlərin təxliyəsi üzrə işlərin yekunlaşdığı xəbər verilir./oxu

İcmal.Az


RƏYLƏR