Tbilisidə bazar yandı – FOTO

OXUNUB: 627 DÜNYA

Tbilisinin mərkəzində Tevdor Mqvdeli küçəsində, Vağzal meydanı və "Dinamo” stadionu yaxınlığında yerləşən bazarda güclü yanğın baş verib

Yanğının söndürülməsinə böyük qüvvə - 35 yanğınsöndürmə texnikası, yüzə yaxın xilasedici səfərbər olunub. Hadisə yerinin giriş-çıxışları polis tərəfindən bağlanıb.

Buna baxmayaraq, bəzi ticarət obyektlərinin sahibləri və satıcılar yanan bazarın ərazisinə daxil ola bilib. Bazardan çıxan işçilər şokda olduqlarını və demək olar ki, bütün əmlakın məhv olduğunu söyləyib./oxu

 

İcmal.Az

RƏYLƏR