Ər-arvadın meyiti yaşadıqları mənzildə aşkarlandı

OXUNUB: 634 DÜNYA

Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində yerləşən binaların birində mənzildə ər və arvadın meyiti aşkarlanıb.

 Xarici  ölkə vətəndaşları olan cütlük bir neçə günlük mənzil kirayələyib. İlkin məlumatlara əsasən, onların ölümünə dəm qazından zəhərlənmə səbəb olub. Ər-arvadın meyitləri ekspertizaya göndərilib.

 

Cütlüyün hansı xarici ölkə vətəndaşı olduqları hələ açıqlanmır.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır./apa

 

 

İcmal.Az

RƏYLƏR