TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

OXUNUB: 290 Özəl İQTİSADİYYAT
Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və II Türk Dövlətləri Aqrobiznes Forumunun iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.
Tədbir iştirakçıları, həmçinin "Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyaraq türk şəhidlərinə ehtiramlarını bildiriblər.
 
 
 








 

RƏYLƏR