Təcavüz olunan qızın atası məhkəmə zalında manyaka hücum etdi - VİDEO - FOTO

OXUNUB: 1112 MARAQLI

Təcavüzə məruz qalan iki qızın atası məhkəmə zalında onlara tibbi prosedur adı altında təcavüz edən həkimə hücum edib.

 ABŞ-ın idman gimnastikası üzrə keçmiş baş həkimi Larri Nassar 175 il müddətinə azadlıqdan məhrum olunub.

O, yetkinlik yaşına çatmamışlara tibbi prosedurlar adı ilə təcavüz etməkdə təqsirləndirilir.

54 yaşlı L.Nassar ilkin olaraq 7 qıza təcavüzdə ittiham olunurdu. Lakin məhkəmədə 156 qadın və onların qohumları Nassarı zorakılıqda suçlayıb.

Təcavüzə məruz qalan qızların Randall Margraves adlı atası məhkəmə prosesi zamanı zalda "bu lənətəgəlmişlə mənə 5 dəqiqə otaqda tək qalmağa icazə verin" deyə qışqıraraq onun üzərinə hücum edib. Randalla polislər mane olublar. Onun əli, qolu qandallanaraq zaldan çıxarılıb./milli

 

İcmal.Az

Təcavüz olunan qızın atası məhkəmə zalında manyaka hücum etdi - VİDEO - FOTO

Təcavüz olunan qızın atası məhkəmə zalında manyaka hücum etdi - VİDEO - FOTO


Təcavüzə uğrayan qızın atası məhkəmə zalında manyaka hücum etdi

RƏYLƏR