Tələbə ailəsinin qətlini sifariş verdi - ata və anasını ölü görüb sevindi - VİDEO - FOTO

OXUNUB: 592 MARAQLI

Rusiyanın Soçi şəhərində 22 yaşlı tələbə həbs olunub. O, atasının, anasının və kiçik bacısının qətlini sifariş verməkdə suçlanır.

Tələbə Qara dənizinin sahilindəki ailə evinə yiyələnmək istəyirdi. Bu səbəbdən də o, killerin "köməyi" ilə ailəsindən "qurtulmaq" fikrindəydi.

O, killer axtarışına çıxanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib. Gənc tələbəninin ailə üzvlərini qətlini gerçəkləşdirmək istəyi barədə informasiya şəhər polis idarəsinin cinayət-axtarış bölməsinin zabitlərinə çatandan sonra əməliyyat başlanıb.

İnformasiya yoxlanılıb və məlumatın səhihliyi müəyyənləşib.

Polis zabitlərindən biri "potensial killer" roluna girib. Bəlli olub ki, 22 yaşlı tələbə atasının, anasının və kiçik bacısının qətlinə görə 3 milyon rubl ödəməyə hazırdır.

O, valideynlərinin və bacısının bıçaqlanmasını istəyib.

Tələbə ov bıçağı ilə varidata yiyələnən kimi "sifariş pulu"nu ödəyəcəyi barədə yazılı öhdəliyi "killer"ə verib.

Daha sonra o, evdəki otaqların yerləşməsini, videomüşahidə kameralarının yerini deyib.

 

Polis zabitləri tələbənin valideynləri ilə danışaraq onları "ölüm"lərini imitasiya etməyə razı sala biliblər.

Polislər "qan içində olan meyit"lərin bir neçə fotosunu da çəkiblər.

Həmin fotolar tələbəyə verilib və qətlə görə pulun yarısı ondan alınıb. Tələbənin fotoları görəndə sevindiyi deyilir.

Ailəsinə qənim kəsilən gənc də elə o zaman tutulub./milli

İcmal.Az


Tələbə ailəsinin qətlini sifariş verdi - ata və anasını ölü görüb sevindi - VİDEO - FOTO

Tələbə ailəsinin qətlini sifariş verdi - ata və anasını ölü görüb sevindi - VİDEO - FOTO

Tələbə ailəsinin qətlini sifariş verdi - ata və anasını ölü görüb sevindi - VİDEO - FOTO

Tələbə ailəsinin qətlini sifariş verdi - ata və anasını ölü görüb sevindi

RƏYLƏR