Bir butulka "Jägermeister"ı başa çəkib içmək və boşaltmaq asan deyil. Daha doğrusu, çox riskli və təhlükəlidir.
Amma Kanadadakı Ottava Universitetinin tələbəsi Karli Satton bunu bacarıb.
20 yaşlı Karli 0,7 litrlik "Jägermeister"i başına çəkib, dərhal sonra "Red Bull" içib.
Videonu Karlinin sevgilisi çəkib. Kadr arxasındakı bu şəxsin "Aman Tanrım, Karli, yox!" sözləri də eşidilir.
Bu olayın videosunu Karli İnstagram-dakı profilində paylaşandan sonra o, sosial şəbəkələrdə "Əsl içən qız" kimi məşhurlaşıb.
"Jägermeister" 35 faizlik spirt miqdarına malikdir ki, bu da 24,5 vahid alkoqola bərabərdir.
Həkimlər isə həftədə maksimum 14 vahid alkoqol qəbul etməyi məsləhət bilirlər.
0,7 litrlik "Jägermeister"i başa çəkib içmək gənc qız üçün hətta ölümlə nəticələnə bilərdi./milli
İcmal.Az





























