Təmirdə olan “Changan”ın metallarının zəifliyi gündəm oldu - VİDEO

OXUNUB: 388 İQTİSADİYYAT
Son vaxtlar istehsal olunan avtomobillərin keyfiyyətinə güvən məsələsində fikir ayrılıqları var. Belə ki, bəziləri yeni avtomobillərin keyfiyyət baxımından zəif olduğunu düşünür. Bir çox markanın keyfiyyət məsələsində nə dərəcədə zəif olduğu dəfələrlə müşahidə olunub.

 Çin istehsalı olan "Changan Uni” seriyasının avtomobilinin qəzadan sonra təmirdə olduğu görüntülər sosial şəbəkələrdə geniş yayılıb.  

Belə ki, hazırda Rusiyada populyar olan avtomobilin sahibi, yaxud usta əli ilə dəmirin keyfiyyətini göstərir.

Görüntülərdə avtomobildə istifadə olunan metalın necə nazik olduğu əks olunub. Keyfiyyət və dözümlülük prinsiplərində şirkətlər hər zaman rəqabət aparsalar da, hələki ortada nə isə yoxdur.

Qeyd edək ki, yeni nəsil avtomobillər təhlükəsizlik baxımından köhnə maşınlara nəzərən daha idealdır. Avtomobil istehsalçıları hər gün daha keyfiyyətli və təhlükəsiz avtomobil istehsal etməyə səy göstərir. Rəqabət nə qədər güclü olsa da, bəzi markalı avtomobillərdə istifadə olunan materiallar zəiflikləri ilə seçilir.

 


RƏYLƏR