Ötən ay Suriyada 1096 nəfər oğurlanıb

OXUNUB: 532 DÜNYA

Mart ayında Suriyada 1096 nəfər oğurlanıb.

Bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatlarının məruzəsində bildirilir.

Məruzədə qeyd edilir ki, onlardan 110 nəfəri qadınlar, 38-i uşaqlardır. Təkcə Bəşşar Əsədə məxsus qüvvələr ötən ay 1047 nəfəri oğurlayıblar. Oğurlananlardan 108-i qadınlar, 32-i uşaqlardır.

Suriya rejiminə məxus qüvvələr Dəməşqdə 749 nəfəri oğurlayıb. Bundan başqa, terrorçu PKK-nın Suriya qolu olan YPG ötən ay 12 nəfəri oğurlayıb. Oğurlananlar arasında 1 qadın və 2 uşaq da var. Müxalif siyasi qüvvələr isə 7 nəfəri oğurlayıb.

İŞİD terrorçuları Dəməşq, Deraa və Deyr-ez-Zorda 1 qadın, 4 uşaq da daxil olmaqla, 21 nəfəri oğurlayıb. Əsədə qarşı döyüşən "Hayat Tahriri-Şam" adlı terror təşkilatı isə 19 nəfəri oğurlayıb.

Qeyd edək ki, Suriyada müharibə 2011-ci ilin martında başlayıb./report

 

İcmal.Az

RƏYLƏR