Ötən həftə ailə quran aktrisa: "Anam deyirdi, bəlkə getməyəsən"

OXUNUB: 747 ŞOU-BİZNES

Aktrisa Ülviyyə Əliyeva teatrın çətinliklərindən danışıb. 

 
İcmal.Az Milli.Az-a istinadən xəbər verir ki, Ülviyyə hətta 40 dərəcə qızdırma ilə tamaşa oynadığını bildirib:

 

"Teatr, həqiqətən də, sirli, sehrli bir aləmdir. Bəzən görürsən ki, o qədər xəstə olmuşuq ki, səhnəyə çıxmağa belə halımız olmayıb. Fikirləşmişəm ki, səhnəyə addım ataram, yıxılaram. Amma səhnəyə çıxmışam, baş ağrım, bütün xəstəliklərim keçib. Bir dəfə də 40 dərəcə qızdırma ilə tamaşa oynamışam. Xəstə olanda anam deyirdi ki, bəlkə teatra getməyəsən, icazə alasan. Deyirdim, nə danışırsan, mən çıxacağam səhnəyə, sağalacağam".

Qeyd edək ki, aktrisa ötən həftə Rusiyada yaşayan iş adamı Manaf Muxtarovla ailə qurub. Bu, 37 yaşlı Ülviyyənin ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.

İcmal.Az

RƏYLƏR