Tibb işçisi 23 qadını zorladı - əvvəlcə sakitləşdirici verirmiş

OXUNUB: 1210 DÜNYA
Almaniyada tibb işçisi 7 il ərzində çalışdığı klinikada xəstələri zorlayıb.

İcmal.Az medicina.az-a istinadən bildirir ki, 41 yaşlı Sven E. cinayətləri 2009-2016-cı illərdə törədib.

Məlumata görə, o, xəstələri tədqiqat məqsədilə sakitləşdirici dərman atmalı olduqlarına inandırıb. Sakitləşdirici qəbul edən pasiyentlər isə cinsi istismara məruz qalıb.

Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra tibb işçisi həbs olunub. O, çıxarıldığı məhkəmədə cinayətlərini etiraf edib. Sven E. 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
İcmal.Az

RƏYLƏR