“Tıxac probleminin həlli üçün dənizdən istifadə etmək lazımdır”

OXUNUB: 318 SOSİAL

"Tıxaclarla bağlı problemi həll etmək üçün dənizdən istifadə etmək lazımdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.

O vurğulayıb ki, qardaş Türkiyədə bu təcrübədən artıq istifadə olunub: "Sadəcə dəniz üzərində bir neçə dayanacaq qurulmalıdır. Bu baş verərsə, Bakı ilə Sumqayıt arasında, o cümlədən Günəşlidən gələndə olan tıxaclar da aradan qaldırılar. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı iş gücləndirilməlidir”, - deputat əlavə edib./qafqazinfo


RƏYLƏR