Tolqahan Sayışman Afrikada izdiham yaratdı - fotolar

OXUNUB: 672 ŞOU-BİZNES
Aktyor Tolqahan Sayışman baş rolda oynadığı "Asla Vazgeçmem" serialının yayımlandığı Afrika ölkəsi - Anqolaya səfər edib.

 Tolqahan hava limanında izdihamın yaranmasına səbəb olub.

Belə ki, Sayışmanı görmək və onunla şəkil çəkdirmək üçün yüzlərlə insan hava limaına üz tutub. 

Kütlə arasından mühafizənin köməyi ilə çıxan aktyor Anqolanın paytaxtı Luandada otellərdən birinə, daha sonra sevənləri ilə görüşə yollanıb.

Qeyd edək ki, iki il əvvəl Türkiyədə yayımlanan serialın baş rollarında Tolgahan Sayışman, Amine Gülşe, Şafak Pekdemir, Ümit Yesin, Ayşegül Günay, Hülya Gülşen Irmak və Tugay Mercan oynayıb./axşam
 
 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR