08:30
Tovuzda toyda 39 nəfər zəhərlənib.
İcmal.Az bildirir ki, Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən "Turan" şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.
----------
01:52
Tovuzda toyda zəhərlənənlərin sayı 35 nəfəri keçib. İcmal.Az APA-ya istinadən xəbər verir ki, hazırda 6 uşaq və 30 nəfərdən çox böyük xəstəxanadadır və onlara tibbi yardım göstərilir.
Müraciət edənlərin sayının artacağı istisna edilmir.
Toy mərasiminin keçirildiyi "Turan" şadlıq sarayının sahibi Şükür Abbasovun verdiyi məlumata görə, onlar şadlıq evinin kirayə veriblər və toyda verilən yeməklər və digər qida məhsullarının hamısı toy sahibi tərəfindən gətirilib.
-----------------
07.09.2017
23:41
Tovuzda toyda zəhərlənənlərin sayı artıb.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, 14 nəfər Rayn Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlar
1983-cü il təvıllüdlü Vasif Həsənov
1984-cü il təvəllüdlü Taleh Həsənov
1983-cü il təvəllüdlü Günay Hüseynova
1958-ci il təvəllüdlü Şahin Məmmədov
1984-cü il təvəllüdlü Zöhrab Məmmədov
2008-ci il təvəllüdlü Adilə Hüseynova
1984-cü il təvəllüdlü Elmir Məmmədov
1990-cı il təvəllüdlü Akif Bağırov
2001-ci il təvəllüdlü Gülnar Hüseynova
1959-ci il təvəlüldlü Elmira Qasımov
1989-cu il təvəlüldlü Gültəkin Məmmədova
1967-ci il təvəllüdlü Növrəstə Məmmədova
1980-ci il təvəllüdlü Məhbubə Aslanova
1990-ci il təvəllüdlü Samirə
Məlumata görə, zəhərlənmə əlaməti ilə müraciət edənlərin sayı artır. Gələnlər rayon infeksion xəstəxanasına yerləşdirilir.
23:27
Tovuz rayonunda fəaliyyət göstərən "Turan" şadlıq sarayında keçirilən mərasim zamanı zəhərlənənlərin adları məlum olub.
İcmal.Az "Report"a istinadən bildirir ki, hazırda zəhərlənənlərin 8-ə xəstəxanada tibbi yardım göstərilir.
Bunlar 1984-cü il təvəllüdlü Elmar Həsənov, 2008-ci il təvəllüdlü Adilə Hüseynova, 1986-cı il təvəllüdlü Zöhrab Məmmədov, 1958-ci il təvəllüdlü Şahin Məmmədov, 2004-cü il təvəllüdlü Lamiyə Hüseynova, 1983-cü il təvəllüdlü Günay Hüseynova, 1984-cü il təvəllüdlü Hamlet Həsənov, 1983-cü il təvəllüdlü Vasif Həsənovdur.
Son məlumata görə, zəhərlənmiş daha üç nəfər xəstəxanaya gətirilib. Qeyd edək ki, zəhərlənənlərin sayı 20-ə yaxındır.
Onlardan bəzilərinə ambulator yardım göstərilib və xəstəxanadan buraxılıb. İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər.
22:46
İyirmiyə yaxın insan Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Tovuz rayonunda kütləvi zəhərlənmə olub.
İcmal.Az "Report"a istinadən bildirir ki, hadisə "Turan" şadlıq sarayında keçirilən mərasimdə qeydə alınıb.
İlkin məlumata görə, təxminən 20 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Zərərçəkənlərin nədən zəhərləndikləri məlum deyil. Faktla bağlı araşdırlmalara başlanılıb.
İcmal.Az