Tovuzda hamilə qadını döydülər

OXUNUB: 578 HADİSƏ

Tovuzda hamilə qadın döyülüb. 

İcmal.Az APA-ya istinadən xəbər verir ki, rayonun Köhnə Qala kənd sakini 1989-cu il təvəllüdlü Allahverdiyeva Sevinc Hidayət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, altı aylıq hamilə qadın qardaşının qayını tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR